FETÖ-nun 13 üzvünün Türkiyədən Yunanıstana qanunsuz şəkildə keçməsinin qarşısı alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə sərhədi pozmaq istəyən 18 şəxs saxlanılıb.
Nazirlikdən qeyd olunub ki, FETÖ ilə mübarizə davam etdirilir.
Milli.Az