Bloqer xanım Gəncədə avtoxuliqanlıq etdi

2 Sentyabr 2023 16:38

Xanım bloqer Gəncədə avtoxuliqanlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

60-BV-560 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sükanı arxasında oturan xanım avtomobili sürətlə idarə etməklə riskli manevrlər edib.

Gəncənin mərkəzi parkında avtoxuliqanlıq edən xanım davamlı olaraq manevr qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edib və həmin videoları sosial şəbəkələrdə paylaşıb. 

Qeyd edək ki, xanım bloqer uzun müddətdir ki, sosial şəbəkələrdə VAZ markalı avtomobillərlə çoxsaylı videolar çəkərək paylaşır.

Milli.Az