Çingiz Abdullayev: "Ölkədən həmişəlik getmək vaxtıdır"

2 Sentyabr 2023 21:00

Xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə o, öz sosial şəbəkə hesabında məlumat verib. Yazıçı sistematik olaraq "trollar"ın hücumuna məruz qaldığını və bundan bezdiyini bildirib.

"Zəhləmi töküblər. Bəlkə mən ölkəni birdəfəlik tərk edim? Belə şeylər məni yorur. Axı bu mənim şəhərim, mənim ölkəmdir. Məni hətta Bakı dialektində danışdığım üçün də qınayırlar. Görün nə hala qalmışıq. Bəzi adamlar son dərəcə qeyri- adekvatdırlar və bu çox şeyi korlayır. Nəsə eləmək, qərara gəlmək zamanıdır", - deyə o yazıb.

Milli.Az