Yaponiyada son 125 ilin ən isti yayı oldu

2 Sentyabr 2023 15:32

Açıqlamaya görə, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur yoxlanışı edilib.

Məlum olub ki, yay mövsümündə orta temperaturdan selsi üzrə 1,76 dərəcə artıb.

Milli.Az xarici mətbuata əsasən xəbər verir ki, iyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtənin 106-da bu günə qədərki ən yüksək temperatur qeydə alınıb.

Qeyd edək ki, Yaponiyada ən son bu göstəricilər 1898-ci ilin yayında olmuşdur.

Milli.Az