İran helikopteri İraqla sərhəddə qəzaya uğradı

2 Sentyabr 2023 15:54

İranın Kirmanşah əyalətində, İraqla sərhəddə göyərtəsində polis əməkdaşlarının olduğu helikopter qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran dövlət televiziyasının məlumatında deyilir.

Qəza nəticəsində aralarında Kirmanşah Polis İdarəsinin rəisi, general Mehdi Hacıyanın da olduğu 5 polis əməkdaşı yüngül xəsarət alıb.

Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Milli.Az