Türkiyəli nazir TEXNOFEST-in yenidən Azərbaycanda keçirilməsi məsələsindən danışdı

2 Sentyabr 2023 10:28

"TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: "Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır".

M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də TEXNOFEST-in təşkilində maraqlıdırlar.

Qeyd edək ki, TEXNOFEST 2022-ci ildə Bakıda təşkil olunub. "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.

Milli.Az