Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrıldı

1 Sentyabr 2023 19:24

Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Vəsait Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ayrılıb.

Milli.Az