3 il əvvəl ölən qadının mumiyalanmış meyiti tapıldı

1 Sentyabr 2023 20:31

Moskvada mənzildə üç il əvvəl ölən qadının mumiyasını tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, avqustun 31-də günorta saatlarında təcili xidmət Malaya Filevskaya küçəsində yerləşən mənzilin qapısını açıb. İçəridən 1944-cü il təvəllüdlü ev sahibinin mumiyalanmış meyiti tapılıb.

Yaşlı qadının ölümünün dəqiq səbəbi ekspertizanın nəticələri ilə müəyyən ediləcək.

Milli.Az