Dilandan eşq iddialarına cavab - Onu heç tanımıram

1 Sentyabr 2023 08:00

Türkiyəli aktrisa Dilan Çiçək Dəniz müğənni Oğuzhan Koçla eşq yaşaması barədə açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa instaqram hesabında məsələyə aydınlıq gətirib:

"Heç tanımadığım Oğuzhan Koçla haqqımda çıxan eşq xəbərləri yalandır. Sadəcə 15 dəqiqə qaldığım məkanda, təsadüfən eyni fotoda yer aldığım, yan-yana durduğum adamın kim olduğunun fərqində olmadığım biri ilə araşdırmadan xəbər yazmaq, şəxsiyyət qanunlarının pozulmasıdır. Biri quyuya daş atır və bunun insanlara verdiyi psixoloji zərəri düşünmür".

Milli.Az