Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

31 Avqust 2023 23:12

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan tutub.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Milli.Az