Xırdalanda 15 yaşlı qız faciəli şəkildə vəfat etdi

31 Avqust 2023 22:11

Xırdalanda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı qız çoxmərtəbəli yaşayış binasından özünü atıb.

Sakinlər intihar edən şəxsin həmin binada yaşamadığını bildiriblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az