Virtual yadplanetli influserlə müqavilə imzalandı

1 Sentyabr 2023 06:06

Virtual yadplanetli influserlə müqavilə imzalandı

Hollivud aktyorları və ssenaristlərinin filmlərdə süni intellektdən istifadəyə qarşı tətili zamanı ən böyük model agentliyi IMG "Zlu" adlı virtual "yadplanetli influser" ilə müqavilə imzalayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Zlu" artıq "Karl Lagerfeld", "Swarovski" və "Fila" kimi markalarla işləyib.

"IMG Models" süni intellektin yaratdığı təsvirlərin getdikcə populyarlaşdığı sürətlə inkişaf edən rəqəmsal sahədə öz yerini tutmağa çalışır.

Milli.Az