Bu prospektdə sürət həddi endirildi

31 Avqust 2023 12:24

Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.

Məlumata görə, yolda müvafiq nişanlar quraşdırılıb.

Milli.Az