CAR-da dəhşətli yanğında ölənlərin sayı 63-ə çatdı

31 Avqust 2023 12:05

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 63-ə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Son məlumata görə, 43 nəfər yaralanıb.

Milli.Az