Azərbaycan Fransanın “humanitar yükü”nü sərhəddən buraxmadı - VİDEO

31 Avqust 2023 12:27

Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa "humanitar yük" göndərib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımın qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb.

Nəticədə, Fransanın "humanitar yükü" Azərbaycan ərazisinə buraxılmayıb.

Məsələ burasındadır ki, Azərbaycanın hər hansı bölgəsində humanitar böhran yaşanmır və bununla bağlı heç bir ölkəyə müraciət də olunmayıb.

Qeyd edək ki, bu gün Parisin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan "humanitar yük"lə dolu 10 maşın Laçın sərhədinə gəlib. (trend)

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az