Mbappe bu ili də PSJ-də oynayacaq - Müqavilə 2026-cı ilə qədər uzadıldı

31 Avqust 2023 10:48

Fransalı hücumçu Kilian Mbappe PSJ futbol klubu ilə müqaviləsini uzadıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Marko Konterio "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Məlumata görə, hücumçu klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. O, 2024-cü ildə aktivləşdiriləcək kompensasiyanı ehtiva edəcək.

İyulun 21-də PSJ rəhbərliyi hücumçu Mbappeni Yaponiyaya mövsümöncəsi turne ərizəsindən kənarlaşdırıb. "L Equipe"nin məlumatına görə, buna hücumçunun gələn yay azad agent kimi "Real Madrid"ə keçmək üçün gizli müqavilə imzalaması səbəb olub.

Milli.Az