Körpüdən özünü atmaq istəyən 19 yaşlı qız xilas edildi

31 Avqust 2023 09:20

Balakəndə 19 yaşlı qız intihara cəhd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Balakən çayının Balakən şəhəri Bayraq dairəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Rayonun Qazma kənd sakini, 19 yaşlı Şütüyeva Aysel Ramazan qızı körpüdə intihara cəhd edib.

Adiyyatı qurumların əməkdaşları tərəfindən aparılan söhbətlərdən sonra o intihar etmək fikrindən daşınıb.

Araşdırma aparılır.

Milli.Az