Bu gün daha bir qrup müəllim sertifikatlaşdırma imtahanı verəcək

31 Avqust 2023 08:45

Bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər sertifikatlaşdırmanın test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Milli.Az APA-ya istinadən bildirir ki, imtahan iki mərhələdə keçiriləcək.

Ümumilikdən 2800-dən çox müəllimin prosesdə iştirakı gözlənilir.

Qeyd edək ki, sertifikatlaşdırmanın müsahibə mərhələsi isə onlayn formatda təşkil olunacaq.

Milli.Az