Sərnişin avtobusu TIR-la toqquşdu: ölən və yaralananlar var

31 Avqust 2023 08:22

Rusiyanın Saratov şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "REN TV" məlumat yayıb.

Qəza bir nəfərin həyatına son qoyub, 10 nəfər yaralanıb.

Moskva-Mahaçqala marşurutu ilə hərəkət edən avtobus "Mercedes" markalı TIR-la toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az