Helikopterlər toqquşdu, pilotlar həlak oldu

30 Avqust 2023 23:39

Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə UNİNA məluamt yayıb.

Hadisədə İqor Sikorski adına ordunun 18-ci aviasiya briqadasının altı zabit pilotu həlak olub.

Qəza döyüş tapşırığı zamanı baş verib.

Təhlükəsizlik məqsədilə hərbçilərin adları və ölüm şəraiti açıqlanmır.

Milli.Az