Ermənistan ordusunun iki zabiti həbs edildi

30 Avqust 2023 15:29

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, korpus komandirinin müavini və bölük komandirinin müavini şəxsi heyət arasında çaxnaşma yaratmaq üçün birlikdə plan hazırlayaraq cinayət törətməkdə ittiham olunurlar.

Həmçinin əlavə olunub ki, onlar bu əməlləri 2020-ci ildə Qarabağda 44 günlük müharibə zamanı törədiblər.

Hərbçilərin hər ikisi həbs edilib, cinayət işi ittiham aktı ilə birlikdə prokurorluğa təqdim edilib.

Milli.Az