Priqojin bu səbəbə görə gizli dəfn olundu

30 Avqust 2023 15:37

"Vaqner" rəhbəri Yevgeni Priqojinin dəfn mərasiminin qapalı keçirilməsinin səbəbi Vladimir Putin rejiminin onunla bağlı xatirələri silmək istəməsidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.

"Gizliliyin əsas vəzifəsi efirin qarşısını almaqdır. Çünki bu gün rejimin əsas vəzifəsi Priqojinin xatirəsini silməkdir. Bir il yarım ərzində "böyük vətənpərvər komandir" Priqojin və onun "möcüzəvi cəngavərləri" mifi həqiqətən də hansısa rusların beyninə daxil olmuşdu", - Yakovenko bildirib.

Qeyd edək ki, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Priqojin ötən gün gizli şəkildə dəfn edilib.

Milli.Az