Müğənni Britni Spirsin həyat yoldaşı Sem Asqari boşanmaq üçün müraciət etdikdən sonra işini itirib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Asqariyə yaxın mənbələr məlumat yayıblar.
Onun hazırda aktyor kimi heç bir təklif almadığı qeyd edilib.
Qeyd edək ki, avqustun 16-da Britni Spirsin toydan bir il sonra Sem Asqari ilə boşandığı məlum olub. Buna səbəb Asqarinin həyat yoldaşının xəyanəti ilə bağlı şayiələrə görə mübahisə etməsidir.
Milli.Az