“Toyota” sistem nasazlığından sonra zavodlarını yenidən açır

30 Avqust 2023 13:58

Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" əvvəllər sistem nasazlığından sonra yığılması dayandırılmış obyektlərində fəaliyyətini bərpa edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə konsernin məlumatında deyilir.

Səhər növbəsindən etibarən 14 zavoddan 12-si adi qaydada işləyir, Fukuoka və Kyoto prefekturalarında daha ikisi günün sonuna qədər işini bərpa edəcək.

Xatırladaq ki, daha öncə konsernin 12 zavodunun fəaliyyətini dayandırdığına dair məlumat yayılmışdı.

Milli.Az