Şahzadə Diananın geyimləri hərraca çıxarılır

29 Avqust 2023 22:15

Şahzadə Diananın üç paltarı ABŞ-da hərraca çıxarılıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, hərrac 6-8 sentyabr tarixlərində keçiriləcək. 

Satılacaq paltarlardan biri şahzadə Diananın 1991-ci ildə Londonda "Hot Shots" filminin premyerasında geyindiyi libasdır. 

Qırmızı paltarın 200-300 min dollar arası satılması gözlənilir.

Milli.Az