Fitch: Azərbaycan "BBB" reytinqiylə ölkələrin arasında xarici xalis-kreditor kimi ən güclü mövqeyi tutur

12 May 2012 09:50
Trend xəbər verir ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın milli və xarici valyutada uzunmüddətli defolt emitenti reytinqi (DER) üzrə proqnozunu "müsbət"dən "sabit"ə dəyişdirərək bu reytinqlərin "BBB-" səviyyəsində təsdiqləyib. Bu barədə Fitch agentliyinin cümə günü yaydığı məlumatda deyilir.

Həmçinin agentlik Azərbaycanın xarici valyutada DER-i "F3" səviyyəsində və "ölkə tavanı" reytinqinin "BBB-" səviyyəsini təsdiqləyib.

"Azərbaycanın planlaşdırılmamış neft gəlirləri, xüsusilə analoji reytinqlə neft dövlətlərilə müqayisədə, ölkənin neft gəlirlərinin çox hissəsini toplamaq qabiliyyətini gücləndirirlər", - Çarlz Sevil, Fitch suveren reytinqlər üzrə analitik qrupunun direktoru bildirib.

Onun sözlərinə görə, "Sabit" proqnozunun dəyişdirilməsi Fitch agentliyinin reytinq dəyişikliyinin ehtimal edilən istiqaməti haqqında fikirini dəqiq əks etdirir. 2011-ci ildə dövlət büdcəsinin xərcləri gözlənildikdən daha artıq olmuşdur və neft çıxartmanın kəskin düşməsi müşahidə olunub. Eyni zamanda agentlik qeyd edir ki, dövlət balansı gücləndirilməyə davam edir və ümumdövlət büdcəsi əhəmiyyətli profisitlə həyata keçir.

2011-ci ildə büdcəyə hökumət tərəfindən yenidən baxılması əvvəlki illə müqayisədə xərclərin 30% ümumi artımına gətirib çıxardı və belə artma Dövlət Neft Fondunun vəsaitlərindən istifadəsinin 50 faiz artımının hesabına maliyyələşdirilmişdi. Demək olar ki, büdcənin yarısı inkişafa və ya sərmayə xərclərinə aid idi. Fitch gözləyir ki, Azərbaycan hökuməti 2012-ci ildə büdcəyə əlavələrdən çəkinəcək.

"Suveren reytinqləri dəstəkləyən əsas amilləri güclü xarici balansı təmin edən və xarici maliyyələşdirmə haqqında narahatçılığı aradan qaldıran dövlət aktivləridir. Bundan başqa, onlar hökumətə əhəmiyyətli maliyyə çevikliyini verirlər. Ancaq hökumətə 2020-ci illərdə proqnozlaşdırılan karbohidrogenlərdən gəlirlərin düşməsinə hazır olmaq üçün, aktivlər yığmaq lazımdır. Qeyri-neft-qaz büdcənin defisiti uzunmüddətli müdafiə oluna biləcək səviyyəni ötür", - agentliyin məlumatında deyilir.

Fitch proqnozlaşdırır ki, suveren emitentin aktivləri 2012 və 2013 ildə 18 milyard dollar miqdarında artaraq 58 milyard dollara (proqnozlaşdırılan ÜDM-dan 82 faiz) çatacaq. Bunun sayəsində Azərbaycan xalis-kreditor olan dövlətlərin ilk onluğunda yer tutmuş olacaq.

Mərkəzi bank və Dövlət Neft Fondu 2011-ci ildə valyuta ehtiyatlarını bütovlükdə 40 milyard dollara çatdırıblar. Azərbaycan "BBB" reytinqli ölkələrin kateqoriyasında xarici xalis-kreditor kimi ən güclü mövqeyi tutur: xarici valyutada (CXR) cari gəlirlərin 88%.

Real ÜDM 2012-2013 illərdə üç faiz artacaq, bu da 2007-2011 illərin orta səviyyəsi ilə müqayisədə mülayim göstəricidir. Neft sahəsində vəziyyət ən yaxşı halda dəyişməz olaraq qalacaq və artmanın perspektivləri əsasən qeyri-neft sektoru ilə bağlıdır.

Bank sektoru "BBB" reytinqli ölkələrlə müqayisədə nisbətən zəifdir, ancaq prudensial indikatorlar sabitləşdirildi. Hakimiyyət ən böyük banka, Azərbaycan Beynəlxalq bankına kapitalın ödəməsini həyata keçirdi, bu da ona kapitalın kafiliyinə minimal tələbləri yerinə yetirməyə imkan yaradıb, lakin hər hansı sonrakı zərərlərin absorbasiyası üçün kiçik imkanlar var.

Azərbaycanda inflyasiyanın kəskin düşməsi müşahidə olunur. "Mərkəzi Bank 2011-ci ildə inflyasiya üzrə məqsədli səviyyəni yerinə yetirdi: inflyasiyanın rəsmi göstəricisi 7,8 faizə qədər azaldı və 2012-ci ilin I rübündədə daha da azalıb, - agentlik qeyd edir. - 2012-2013-cü illərdə MB mübadilə kursunun bağlamasını de-fakto dəstəkləyəcək, amma o bunun bir qədər daha yüksək elastikliyinə icazə vermək niyyətindədir".

Milli.Az