Ukrayna 84 hərbçinin cəsədini qaytardı

29 Avqust 2023 16:20

Ukrayna Rusiya ilə müharibədə həlak olan 84 hərbçinin cəsədini qaytarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdən meyitlərin repatriasiyası Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.

Həmçinin əlavə olunub ki, cəsədlər şəxsiyyəti müəyyən edildikdən sonra dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək.

Milli.Az