Kərbəlaya zəvvar daşıyan avtobus AŞDI: 20 ÖLÜ

29 Avqust 2023 11:16

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri məlumat verib. 

O, İraqda avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə (İnam Hüseynin şəhid olmasının 40-cı gün mərasimləri) yollanan 20 iranlı zəvvarın öldüyünü, çox sayda insanın yaralandığını bildirib. 

İranın İraqdakı Səfirliyinin rəsmisi yaralanan 7 iranlı zəvvarın adını açıqlayıb və yaralılar arasında üç azyaşlının da olduğunu qeyd edib.

Milli.Az