Retro maşınlar Bakını bəzədi... - VİDEO

29 Avqust 2023 17:28

Bakı küçələrini klassik maşınlar bəzəyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 1983-cü ilədək istesal olunmuş pabeda, moskvic, çayka, volqa, mersedes, cadillac, ford, volvo kimi hər detalına xüsusi zövqlə yanaşılan bu retro maşınların hər birinin öz tarixçəsi var.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillərin yürüşü "Sea Breeze" istirahət mərkəzinədək davam edib. Artıq ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzədi. İstirahət mərkəzinə çatan retro avtomobillər burada sərgiləndi.

"Ən nizmalı sürücü", "Ən qədim avtomobil", "Ən unikal avtomobil", "Məşhurların seçimi olan avtomobil" və "Ən rəngarəng geyim" nominasiyasında hədiyyələr təqdim olundu. Tamaşaçılara tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edildi. Konsertdə Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov və digərləri çıxış etdilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az