Səməd Vurğun və Fətəli Xan Xoyski küçələrində sürət həddi 60-dan 50-ə endirilib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər şəhərdaxili, xəstəxana, məktəb və insanların çox olduğu yerlərə yaxın yollarda sürət həddinin aşağı salınmasının tərəfdarıdır.
Belə yollarda yüksək sürətlə hərəkət etmək piyadalara da çətin anlar yaşada bilər.
Qeyd edək ki, Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürətinin endirilməsi ilə bağlı qərar qəbul olunub. Qərarın icrası mərhələli şəkildə icra edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az