Yanacaqdaşıyan maşın aşdı: Ölənlər var

29 Avqust 2023 07:38

Meksikanın mərkəzində, Sumpanqo bələdiyyəsi yaxınlığında avtomobil yolunda yanacaqdaşıyan maşının aşması və partlaması nəticəsində azı 8 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Excelsior" qəzeti məlumat yayıb.

Yük maşını partlayan zaman yolun hərəkət hissəsində olan minik avtomobilində sərnişinlərin hamısı ölüb.

Polis araşdırma aparır.

Milli.Az