ABŞ-də helikopter qəzaya uğrayıb, ölənlər var

28 Avqust 2023 23:40

ABŞ-nin Florida ştatının Pompano Biç şəhərində xilasetmə helikopterinin yaşayış kompleksinə çırpılması nəticəsində iki nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Helikopterin göyərtəsində üç nəfər olub və yaxınlıqdakı hadisə yerinə gedirmiş.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Milli.Az