Braziliya millisinin və "Barselona"nın keçmiş futbolçusu Ronaldinyo fırıldaqçılıqda ittiham olunur.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Ronaldinyo kriptovalyuta layihəsinə investorları cəlb etmək üçün məşhur olmağından istifadə edib.
İddiaya görə, keçmiş futbolçu qardaşı və iş ortağı Marselo Lara ilə birlikdə "18K Ronaldinyo" şirkəti vasitəsilə kriptovalyuta piramidası sxemini idarə edib. Hər üç şəxs ifadə verməli idi, lakin hava şəraiti pis olduğu üçün Ronaldinyo Braziliyada keçirilən məhkəmə iclasında iştirak edə bilməyib.
Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə "Barselona"nın uğurları üçün çalışıb.
Milli.Az