Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan BELƏ SAXLANILDI - VİDEO

28 Avqust 2023 22:15

Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın "Elmlər Akademiyası" metro stansiyası yaxınlığında yerləşən Hüseyn Cavid parkı ətrafında taksi kimi fəaliyyət göstərən "Mercedes C klass" markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etdiyi üçün polis əməkdaşları tərəfindən təqib edilib.

Polisin qanuni "saxla" əmrinə tabe olmayan sürücü saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az