Ukraynanın 1 avqust tarixinə olan dövlət borcu 4,86 trilyon qriven, və ya 132,92 milyard dollar təşkil edib. Bu da Ukrayna tarixində rekorddur.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iyul ayında dövlət borcu 146,3 milyard qriven, başqa sözlə, 4 milyard dollar artıb.
Milli.Az