Vaqif Mustafayev: "Ömrümü kinoya həsr etməyə dəyərmiş"

28 Avqust 2023 20:11

"Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr etməyimə dəyərmiş".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev Nizami Kino Mərkəzində 70 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq gecəsində deyib.

O bildirib ki, filmlərində Qarabağın azad olunmasına dair nüanslar hələ 90-cı illərdən olub: "Bu gün isə artıq bu məsələ öz həllini tapıb".

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilir.

Milli.Az