Zelenski: Biz İsrail kimi döyüşə bilərik

28 Avqust 2023 12:32

Ukrayna bir şərtlə uzun müddət döyüşə bilər. Əgər bu müharibə İsraildəki kimi, yəni minimum insan itkisi ilə olacaqsa...

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, İsrailin çox uzun müddətdir mübarizə apardığını, ona görə də uzun müharibənin mümkün olduğunu vurğulayıb:

"İnsanları itirmədən uzun müddət mübarizə aparmağa hazırıq. Biz itkiləri minimuma endirməliyik".

Milli.Az