Britni Spirsin ehtimal edilən yeni sevgilisinin görüntüləri yayılıb - FOTO

28 Avqust 2023 10:21

Məşhur müğənni Britni Spirs ictimaiyyətə tanınmayan kişi ilə birlikdə restorandan çıxarkən paparassilərin obyektivinə tuş gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Cütlük Kaliforniya ştatının Tauzand-Oks şəhərində yerləşən yeməkxanalardan birindən çıxarkən diqqət mərkəzinə düşüb.

B.Spirs sevgilisi iddia edilən şəxslə birgə avtomobilə əyləşərək oradan uzaqlaşıblar.

Milli.Az