Tarixi HADİSƏ: İlk dəfə görüşdülər

28 Avqust 2023 00:22

İsrailin xarici işlər naziri Eli Koen İtaliyada liviyalı həmkarı Najla Mangush ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər əməkdaşlıq imkanlarını və Liviyada yəhudi irsinin qorunub saxlanması imkanlarını müzakirə ediblər.

Milli.Az