Belqorod vilayətinə PUA hücumu: Polis zabiti öldü

27 Avqust 2023 23:24

Rusiyanın Belqorod vilayətinə pilotsuz təyyarənin hücumu nəticəsində polis polkovnik-leytenantı ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, zabit Ukraynaya məxsus PUA-nın Şetinovo yaşayış məntəqəsinə sursat atması nəticəsində ölüb.

Milli.Az