5000-ci Starlink peyki orbitə çıxarıldı

27 Avqust 2023 22:45

SpaceX şirkəti daha 22 Starlink internet peykini orbitə çıxarıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, SpaceX üçün əlamətdar missiya olub və şirkət tərəfindən indiyədək buraxılmış Starlink peyklərinin ümumi sayı 5 mini keçib.

Peyklər avqustun 26-da Florida ştatının Kanaveral burnunda yerləşən kosmodromdan Falcon 9 raketi ilə havaya qaldırılıb. Təxminən 8,5 dəqiqə sonra raketin ilk pilləsi Yerə qayıdıb.

Milli.Az