Aeroport yanğına görə bağlandı

27 Avqust 2023 19:45

Yanğınla əlaqədar Siciliya adasındakı Trapani şəhərində aeroport bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Corriere della Sera" qəzeti vilayətin rəhbəri Renato Skifaniyə istinadən məlumat yayıb.

Hadisə barədə əlavə məlumat verilməyib. Yerli KİV-lər uçuş-eniş zolağında güclü tüstü müşahidə olunduğunu, yanğının nəzarət altına alındığını yazıb.

Milli.Az