MİT-dən nöqtə əməliyyatı: PKK-nın məsul kuryeri məhv edilib

27 Avqust 2023 15:08

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının sözdə İraq-Suriya üzrə kuryer "zabiti"nə qarşı nöqtə əməliyyatı həyata keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, əməliyyatla "Doğan" kod adlı Kadri Encun məhv edilib.

Bildirilir ki, sözügedən terrorçu Pənçə-Kilit əməliyyatlarına qarşı Qara, Zap, Metina və Haftanində əməliyyat keçirəcək terror qruplarının keçidini təmin edirmiş.

Milli.Az