Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış anı - VİDEO

27 Avqust 2023 14:20

Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 33 nəfər yaralanıb.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.

Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Milli.Az