"Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir"

26 Avqust 2023 22:21

Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.

"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır" - deyə Tatar qeyd edib.

Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücum edilib.

Polis hücumla bağlı araşdırma apardığını bildirib.

Milli.Az