Sərt pəhriz qadınları kökəldir
18 May 2010 10:17
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, son araşdırmalar bu qəbildən olan xanımları heç də məmnun etməyəcək yeniliyi üzə çıxarıb. Pəhriz məhsullarının istehsalı ilə məşğul olan şirkət 10 000 pəhriz saxlayan xanım arasında sorğu aparıb. Məlum olub ki, onların 87%-i pəhriz saxlasa da, pəhriz üçün olan qidaların tərkibindəki kalorinin miqdarından xəbərsizdirlər. Bu səbəbdən də yayın gəlişi ilə arıqlamağa qərar vermiş xanımların 92%-də bu, uğurlu alınmayıb. 18% isə əksinə, daha da kökəlib. Buna səbəb isə arıqlamaq cəhdinin mütəxəssislə məsləhətləşmədən həyata keçirilməsidir.
"Xanımların əksəriyyəti qidalanma rejiminə riayət eləmir. Üstəlik, elə düşünür ki, o, pəhriz məhsulları ilə qidalanırsa, arıqlayacaq. Nəticə isə əksinə olur. Pəhriz saxlayan zaman mütəxəssislə məsləhətləşmək, hansı kaloriyə malik məhsulun nə dərəcədə qəbulunun yolverilən olduğunu dəqiq bilmək lazımdır", - deyə dietoloq Kris Fenn bildirir.
Milli.Az