Aktyor Nicat Rəhimov və aparıcı Mətanət Əliverdiyeva birlikdə filmə çəkilir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işi "Xəyanətə yox" adlanır. Komediya janrında olan filmin rejissoru Valeh Əhmədovdur.
Bu haqda Nicat özü məlumat yayıb. O bildirib ki, baş rolu oynadığı 12-ci filmidir. Ekran işi dekabrda təqdim olunacaq.
Milli.Az