Həm sağlamlıq, həm də zahiri gözəllik üçün bunları yeyin

26 Avqust 2023 14:31

Bəzən formada qalmaq üçün bir çox qidalardan imtina edirik. Bu da həm dəriyə mənfi təsir edir, həm də orqanizmdə problemlər yaradır.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  pəhriz zamanı yeyəcəyiniz 3 qida həm daxili sağlamlıq, həm də zahiri gözəllik üçün lazım olan məhsuldur.

Belə ki...

Alma - bu meyvənin faydası illər öncədən bəllidir. Belə ki, tərkibində dəmir, petkin, çox sayda vitamin var ki, onlar ürək-damar sisteminin fəaliyyətini tənzimləyir.

Kök - tərkibindəki minerallar və vitaminlər xolestrol və şəkərin səviyyəsini azaldır.

Qoz - beynin fəaliyyətini yaxşılaşdırır. Dərini parlaq edir.

Milli.Az