Ronaldodan het-trik, komandasından növbəti qələbə - VİDEO

26 Avqust 2023 06:31

Ötən gün "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunun matçına çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Əl-Fateh" komandası ilə üz-üzə gələn görüş "Əl-Nəsr"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın 3 qolunu Kriştiano Ronaldo, 2 qolunu Sadio Mane vurub.

Bununla da üç turdan sonra "Əl-Nəsr" 3 xalla 10-cu pillədə qərarlaşıb.

Milli.Az