"Seksual obyekt kimi görünməkdən sıxılmıram" - Monika Beluççi

25 Avqust 2023 23:52

Dünya şöhrətli aktrisa Monika Beluççi son müsahibəsində maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 58 yaşlı gözəl aktrisa karyerasını gözəlliyinə borclu olduğunu və seksual obyekt kimi görünməkdən narahat olmadığını bildirib.

"Mənim şöhrətlənməyimdə model karyeramın rolu olub. Ona görə, ilk gündən seksual obyekt kimi görünmüşəm. Seksual büt, ikona, obyekt olmaq məni narahat etməyib və etmir",- deyə o qeyd edib.

Rejissor Tim Barton ilə birlikdə yaşayan aktrisa onu sehirli ruh adlandırıb.

Monika Beluççinin birinci ərindən iki qızı var.

Milli.Az